Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

22 dekabr 2022

11:51:00
1332879

Almaniyada keçirilən beynəlxalq Quran hifzi yarışları keçirilib - Foto

Hamburqda 33 ölkənin nümayəndələrinin iştirakı ilə Almaniyanın beynəlxalq Quran hifzi müsabiqəsi keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Hamburqda 33 ölkənin nümayəndələrinin iştirakı ilə Almaniyanın beynəlxalq Quran hifzi müsabiqəsi keçirilib.

Bu yarışlar Küveytin Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinə bağlı “Vəqf Əl-Nur” Quranın mühafizəsi təşkilatının səyləri ilə Hamburq şəhərində başlayıb.

Bu yarışma 16 yaşa qədər Quran hafizləri üçün beş komponentdən ibarət dörd qrupda keçirilir. 18 yaşa qədər Quran hafizləri üçün 10 hissənin əzbərlənməsi, 25 yaşa qədər Quran hafizləri üçün 15 hissənin əzbərlənməsi, Quranın tam hifzi isə 30 yaşa qədər olan insanlar üçün keçirilib.

Müsabiqənin ikinci günündə Avstraliya, Fələstin və Tunis də daxil olmaqla 10 ölkənin nümayəndələri qiraət stendinə çıxıb və münsiflər heyətinin suallarını cavablandırıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!