Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

22 dekabr 2022

11:25:00
1332877

İrəvani: Amerika Birləşmiş Millətlər Təşkilatının qanuni prosedurlarını zorakılıq və ikiüzlülüklə pozdu!

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: “İranın BMT-nin Qadınların Statusu Komissiyasındakı üzvlüyünə qeyri-qanuni xitam verməklə ABŞ birtərəfli diktatura, zorakılıq və ikiüzlülüklə hüquqi prosedurları pozdu.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani cümə axşamı yerli vaxtla Qrup 77-nin üzvü olan ölkələrin və Çinin xarici işlər nazirlərinin konfransında etdiyi çıxışı zamanı bu qrupu inkişaf etməkdə olan ölkələrin koalisiyası, kollektiv maraqları təmin etmək və BMT sistemində əsas beynəlxalq iqtisadi məsələlərdə bu ölkələrin birgə danışıqlar potensialını təşviq etmək üçün bir vasitə və ən böyük hökumətlərarası əməkdaşlıq adlandırıb.

Cənab İrəvani bildirib: “Çoxqütüblülük hər tərəfdən, o cümlədən təhlükəli Birqütüblülük ərəfindən güclü təzyiqlər altındadır. Biz dünən Okusok görüşündə belə bir təhlükənin bariz nümunəsinin şahidi olduq. Təəssüflər olsun ki, yenə də birtərəfli diktatura, sırf zorakılıq, riyakarlıq, siyasi hakimiyyətdən sui-istifadə, hədə-qorxu və məcburiyyət, o cümlədən Amerika və onun müttəfiqlərinin ikili standartlardan istifadə etməsi Çoxqütüblükliyə, hüquqi prosedurlara və qanunun aliliyinə qalib gəldi və nəticədə İran İslam Respublikasının BMT-də Qadınların Statusu üzrə Komissiyasındakı qanuni üzvlüyünə haqsız yerə xitam verildi.”

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bu siyasi avantüranın ardınca Birləşmiş Millətlər Təşkilatının və onun əsas orqanlarının, dəyərlərinin, Nizamnamə prinsiplərinin habelə Ecosoc prosedurlarının manipulyasiyası yolu ilə Birləşmiş Ştatlar tərəfindən hücuma məruz qaldığnı vurğulayaraq deyib: “Ona görə də əgər biz həqiqətən də qlobal böhranların həlli yollarını axtarırıqsa, bu cür birtərəfli və qeyri-qanuni hərəkətlərə qarşı çıxmalı və onun qarşısında durmalıyıq, əks halda gec-tez hamımız belə bir yanaşmanın fəlakətli nəticələri ilə üzləşəcəyik.”

Qeyd edək ki, çərşənbə günü Birləşmiş Millətlər Təşkilatı növbəti dəfə Amerikanın İrana qarşı anti-İran nümayişinin şahidi olub.

ABŞ, Qadınların Statusu üzrə Komissiyanın yerləşdiyi Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Əməkdaşlıq Şurasının (ECOSOC) üzvü olan ölkələrə qarşı məkirli planlar və siyasi təzyiqlər yolu ilə İranın bu komissiyadakı üzvlüyünə xitam verizdirdi və özününə qarşı olan müxalifəti aradan qaldırmaq üçün təhlükəli bidət qoydu.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!