Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

22 dekabr 2022

10:50:00
1332864

Biz Hamımız Zəkzəkiyik!

Nigeriyanın Potiskom şəhərində Zariada Şiə Soyqırımının 7-ci anım mərasimi keçirilib – Foto Reportaj

2015-ci il dekabrın 13-də Nigeriyanın Zariya şəhərində Şiələrə qarşı baş verən Qanlı Soyqırım zamanı Əllamə Şeyx Zəkzəkinin bir sıra ailə üzvləri başda olmaqla iki minə yaxın Şiə vəhşicəsinə qətlə yetirildi. Nigeriya İslam Hərəkatının rəhbəri Əllamə Şeyx Zəkzəki və həyat yoldaşı ağır yaralanaraq əsir götürüldü.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Nigeriyanın Potiskom şəhərində, Zariada törədilən Şiə Soyqırımının 7-ci anım mərasimi keçirilib. Qeyd edək ki, 2015-ci il dekabrın 13-də Nigeriyanın Zariya şəhərində Şiələr Əba Abdullah Hüseyn (əleyhi səlam) üçün Ərbəin mərasimini keçirtdikləri zaman, Səudiyyə rejiminin dəstəyivə sionist İsrail rejimi başda olmaqla İngiltərə və ABŞ-ın göstərişi ilə Nigeriya dövlətinin hərbi qüvvələri, Nigeriyada Şiə İslamını məhv etmək məqsədi ilə öncədən hazırlanmış plan əsasında, Zariada yerləşən Bəqiyyətullah Hüseyniyyəsinə və Nigeriya İslam Hərəkatının rəhbəri İbrahim Zəkzəkinin şəxsi mənzilinə vəhşicəsinə hücum edərək yüzlərlə məzlum Şiəni qətlə yetirdilər. Qanlı Soyqırım zamanı Əllamə Şeyx Zəkzəkinin bir sıra ailə üzvləri başda olmaqla iki minə yaxın Şiə soyqırıma məruz qaldı. Nigeriya İslam Hərəkatının rəhbəri Əllamə Şeyx Zəkzəki və həyat yoldaşı ağır yaralanaraq əsir götürüldü.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!