Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

21 dekabr 2022

15:19:01
1332692

Rusiya səması üzərində ABŞ istehsalı olan 4 raketi vurduğunu deyir

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, onun qüvvələri Rusiyanın cənubunda, Ukrayna ilə həmsərhəd bölgədə ABŞ istehsalı olan dörd anti-radiasiya raketini vurublar.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov gündəlik brifinqdə bildirib ki, “Belqorod vilayətinin hava məkanında Amerikanın dörd radar əleyhinə "HARM" raketi vurulub.

ABŞ Hərbi Hava Qüvvələrinə görə, "HARM" hava-yer, yüksək sürətli anti-radiasiya raketi, radarla təchiz edilmiş hava hücumundan müdafiə sistemlərini "axtarmaq və məhv etmək" üçün nəzərdə tutulub.

48 kilometrdən çox mənzilə malik olan bu raketlər ilk dəfə 1984-cü ildə istifadə edilib və Kiyevin Sovet dövründən qalma döyüş təyyarələrindən atılmaq üçün uyğunlaşdırılıb.

Bundan əvvəl Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna qüvvələrinin bu bölgəyə hücumunu təsdiq edib və deyib ki, hücumlar nəticəsində bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Ukrayna rəsmiləri Rusiyanın Amerikanın anti-radar raketlərinin vurulması ilə bağlı iddiasına heç bir reaksiya göstərməyiblər. 

342/