Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

19 dekabr 2022

14:45:00
1332114

İraq Həşd Şaabi Silahlı Qüvvələrinin rəhbəri: Biz hamımız Sərdar Süleymani və Əbu Mehdi əl-Mühəndisiyik!

İraqın Həşd əş-Şaabi Silahlı Qüvvələrinin rəhbəri deyib: İraqın terror üzərində qələbəsi gələcək nəsillərin fəxridir, bu qələbənin yaradıcıları şəhidlərdir və onların başında İŞİD üzərində qələbənin şəhid komandirləri dayanır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqın əl-Həşd əş-Şaabi Təşkilatının Rəhbəri cənab Faleh Fəyyaz, İŞİD üzərində qələbənin beşinci ildönümü münasibəti ilə verdiyi açıqlamasında deyib: Bütün İraq xalqı bu qələbəyə şərikdir və bu böyük nailiyyətin dəstəyə və müdafiəyə ehtiyacı var. Düşmənlər gizli fəaliyyət göstərirlər. Terror üzərində qələbə millətin birliyini qorumağa kömək edir. Bu qələbəyə qarşı sui-qəsd və məkirli planlar müxtəlif üsullarla, təhlükəsizliyi, siyasi və ictimai sabitliyi pozmaqla həyata keçirilir.

O əlavə edib ki, əl-Həşd əş-Şaabi təhlükəsizlik təşkilatıdır, lakin onun fərqli xüsusiyyəti siyasi şüurlu olmasıdır və şəhidlər verməklə varlığını sübut edib. Agahlıq bir silahdır ki, Həşdu Şaabi onun köməyi ilə öz düşmənlərinə və İraq xalqının düşmənlərinə qarşı mübarizə aparır.

Faleh Fəyyaz hökumətə dəstək olduqlarını vurğulayarkən deyib: Biz İraqın seçilmiş hökumətini dəstəkləməliyik ki, islahat planını təqdim etmək üçün lazımi imkana malik olsun.

Əl-Həşd əş-Şabinin rəhbəri vurğulayıb: Suverenlik və şəhidlik mövsümünün başlandığını elan edirik. Şəhid komandirlər düşmənin gözündə bir tikanıdır. Biz hamımız bu ölkənin Əbu Mehdi əl-Mühəndisinin müdafiəsindəyik. Biz hamımız Qasım Süleymaniyik!

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!