Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

19 dekabr 2022

14:30:00
1332112

Yəmənin Xarici İşlər Naziri: İran Yəmən xalqının yanında olan yeganə ölkədir

Yəmənin xarici işlər naziri İran İslam Respublikasının müharibə illərində Yəmən xalqına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmənin Xarici İşlər Naziri cənab Hişam Şərəf Avropa İttifaqı Şurasının Yəmən məsələsi ilə bağlı bəyanatına cavab olaraq, bunu qeyri-müstəqil və Amerikanın Yəmənə qarşı yanaşmasının təzahürü kimi qiymətləndirib.

O, “Əl-Məsirə”yə verdiyi müsahibəsində deyib: Avropanın Yəmənə qarşı mövqeyi müstəqil mövqe deyil və sadəcə Amerikanın mövqeyinin əks-sədasıdır.

Yəmənin Xarici İşlər Naziri Avropanın Yəmən xalqının hüquqları ilə bağlı Sənanın tələblərinə qarşı bəyanatını radikal və absurd hesab edib.

O, vurğulayıb: Təcavüz dayandırılmayana, blokada aradan qaldırılmayana və yəmənlilərin əsas hüquqları tanınmayınca Avropa tərəfinin arzuladığı atəşkəs əldə olunmayacaq!

Hişam Şərəf cənabları İran İslam Respublikasının Yəmən xalqını dəstəkləməkdə tutduğu mövqeləri yüksək qiymətləndirərək deyib: İran təcavüz və mühasirə vəziyyətində Yəmən xalqının yanında olan yeganə ölkədir!

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!