Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

18 dekabr 2022

19:44:44
1331941

Ərdoğan İmamoğluna qarşı məhkəmə hökmünə dəstək verib

Türkiyə prezidenti İstanbulun müxalifət cəbhəsindən olan meri Əkrəm İmamoğluna qarşı məhkəmə hökmünə dəstək verib.

Əkrəm İmamoğlu ötən həftənin çərşənbə günü Türkiyə məhkəməsinin “bu ölkə rəsmilərinin təhqir olunması” adlandırdığı məsələyə görə, iki il yeddi ay on beş günlük həbsə və siyasi fəaliyyət qadağasına məhkum edilib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan sözügedən məhkəmə hökmünü himayə edib və bildirib ki, bu məhkumluq siyasi mahiyyətə malik olmayıb, bir məhkəmə qərarıdır ki, bir şəxs Türkiyə hakimlərinə hörmətsizliyə görə, məhkum edilir.

“Bupar” rəy sorğusu müəssisəsi isə bildiribdir ki, Türkiyə xalqı bu ölkə məhkəməsinin İstanbulun müxalifət cəbhəsindən olan meri Əkrəm İmamoğluna qarşı məhkəmə hökmünü siyasi adlandırır.

Türkiyə prezidenti eyni zamanda deyibdir ki, heç kəs onun hökumətinin demokratiyaya sədaqəti və siyasət sahəsində qanuni vasitələrdən istifadə etməsinə şəkk edə bilməz.

Belə bir halda, İstanbulun meri Əkrəm İmamoğlunun tərəfdarlarından minlərlə nəfər ona qarşı həbs hökmünə və onun siyasi fəaliyyətinə qoyulan qadağaya etiraz olaraq, ikinci gün dalbadal küçələrə axışıb. Onlar Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın hakimiyyətdən kənarlaşdırılmasını tələb edirlər.

342/