Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

18 dekabr 2022

17:30:00
1331846

Mirzə Şirazi Qurultayının Xəbərləri - 38

İmam Hüseynin (əleyhis-salam) müqəddəs hərəmi ABNA Xəbər Agentliyinə təşəkkürünü bildirib - Foto

İmam Hüseynin (əleyhis-salam) müqəddəs hərəminin elmi-tədqiqat qolu olan Kərbəla Araşdırma və Tədqiqatlar Mərkəzi ABNA Xəbər Agentliyinin baş direktoru Hüccətul İslam vəl Muslimin Hüseyni Arif cənablarına Mirzayi Şirazi Qurultayının xəbərlərinin işıqlandırılmasında göstərdiyi fəaliyyətinə görə heykəl hədiyyə edib və təşəkkürünü bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqın müqəddəs Kərbəla şəhərində “Ayətullah Uzma Mirzə Məhəmməd Təqi Şirazinin şərəfinə keçirilən qurultay” bazar günü axşam öz işini başa çatdırıb.

Fəaliyyətinin sonunda bu beynəlxalq toplantının təşkilatçıları, konqresin keçirilməsində onlara köməklik göstərən bir sıra mərkəz və qurumlara təşəkkürlərini bildiriblər. Təqdir olunan mərkəzlərdən biri də ABNA Xəbər Agentliyi olub.

Belə ki, İmam Hüseynin (əleyhis-salam) müqəddəs hərəminin elmi tədqiqat qolu olan Kərbəla Tədqiqatları və Araşdırma Mərkəzinin rəhbəri professor Əbdül Əmir əl-Qureyşi ABNA Xəbər Agentliyinin baş direktoru Höccətül İslam vəl Muslimin cənab Hüseyni Arifə, Mirzayi Şirazinin Konqres xəbərlərini işıqlandırmaqdakı fəaliyyətinə görə heykəl bağışlayaraq, təşəkkür edib.

Qeyd edək ki, Kərbəla şəhərinin alimlərindən biri olan Ayətullah Uzma Mirzə Məhəmməd Təqi Şirazini Anma Qurultayı “Kərbəla Alimlərinin İrsinin Dirçəlişi Ümumdünya Konqresi” adı altında və Kərbəla üləmalarının əsərlərin xatırlanması və dirçəldilməsi məqsədilə keçirilən beynəlxalq konfranslar silsiləsinin üçüncüsüdür.

Bu konqreslərin təşkilatçısı İmam Hüseynin (ə) müqəddə hərəminin elmi qolu olan “Kərbəla Araşdırmaları və Tədqiqat Mərkəzi” idi. Bu Mərkəz bu günə kimi Əllamə Vahid Behbəhani və “Dahi Fəqih və Mühəddis İbn Fəhəd Hillinin şərəfinə iki konqres təşkil etmişdir.

Üçüncü konqresin orijinal dildə adı "Kərbəla alimlərinin irsini dirçəltmək üçün Üçüncü Beynəlxalq Konfrans; Şeyx Məhəmməd Təqi Şirazinin - Düşüncə və Rəhbərliyi"dir. Şiraz Universiteti isə bu konqresin təşkilində İmam Hüseynin (əleyhi səlam) müqəddəs hərəminin Araşdırma Mərkəzi ilə əməkdaşlıq etmişdir.

ABNA Xəbər Agentliyi İraqa müxbirlər göndərməklə, eksklüziv şəkildə bu konqresdən ətraflı xəbərlər və şəkillər hazırlayıb dərc edib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!