Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
cümə axşamı

15 dekabr 2022

20:05:58
1331120

Savadsız misirli bir xanım orta yaşlarında Quranı əzbərləyib və yazıb

Orta yaşlı və savadsız misirli xanım Qurani-Kərimi ruhunun və bədəninin rahatlığı, şəfa mənbəyi kimi qələmə verir. O, 59 yaşında Quranı əzbərləyərək tamamilə öz əli ilə yazıb.

"Təhya Misir"-ə istinadən xəbər verir ki, 61 yaşlı misirli xanım Əfrac Əbdül-Xaliq Hacıyə xanım Qurani-Kərimə olan sevgisini, əzbərləmək və yazmaq həvəsini ifadə edərək deyib: "Zülmətlərdə qəlbin rahatlığı, gözün nuru, qəlbin hidayətidir, narahatlığı aradan qaldırır, nəfsi sakitləşdirir və insanın ən yaxşı yoldaşıdır. Quranı özümə yoldaş seçdim və narahat olanda bacardığım qədər Quran oxuyuram, hətta xəstələnəndə də Qurana müraciət edirəm".

Əfərac xanım 58 yaşında Qurani-Kərimi öz əli ilə yazmaq qərarına gəlib. O, hər gün bacardığı qədər ayələri yazır, yaşa dolsa da, heç vaxt yorulmurdu.

Bu misirli xanımın Quranı yazması bir gün belə dayanmadan iki il çəkib.

O deyir: “Allah kəlamını öz əlimlə yazanda özümü yaxşı hiss edirəm, ona görə də yazmağı dayandırmadım və ürəkdən, xalis niyyətlə başladım. Quran ayələrini köçürmək üçün dəftər və bir neçə qələm aldım”.

Altmış yaşlı bu xanım Quranı əzbərləmək üçün ustadların yanına getməkdən yorulmur, qocalmasına baxmayaraq, əzbərləməkdə heç bir problemlə üzləşməyib. Amma o, Quranı əzbərləməyi öyrənmək üçün Əl-Şərqiyyə əyalətinin Səqr uşaqları mərkəzinə bağlı Əl-Tobci kəndindəki ustadların yanına getməyə həvəsli idi. Hacıya Əfərəc 59 yaşında bütün Quranı əzbərlədi; Amma ikinci dəfə Quranı təcvidlə əzbərləməyə başladı.

O, Quranı əzbərləmək qərarı haqqında belə deyir: Bir vaxt bir problemə görə çox əsəbləşdim və bundan sonra xəstələndim, Qurana üz tutdum və bacardığım qədər Quran ayələrini oxudum. Belə ki, bundan sonra xoş və rahatlıq hissi tapdım və Quranı əzbərləmək qərarına gəldim.

Əfrac deyir ki, Qurani-Kərimi yazmaq fikri televiziyada dini proqrama baxarkən ağlına gəlib. Bu proqramda misirli bir xanım bir Quran müəlliminə telefonla Qurani-Kərimi və Peyğəmbərin (s) bir sıra hadisələrini öz əli ilə yazdığını deyib. Belə ki, onun ölümündən sonra da davam edəcək sədəqəyə çevrilsin.

Əfrac deyir: "Məhz burada mən Quranı əzbərləyən ustadımla Allahın kitabını yazmaq barədə məsləhətləşmək qərarına gəldim. O, məni bu mühüm işi Allahın rizası üçün xalis niyyətlə yerinə yetirməyə təşviq etdi".

Hacı Əfracın diplomu olmasa da, orta məktəbi yarımçıq qoysa da Quranı oxuyub əzbərləməkdə heç bir problemi olmayıb. O, Quranı əzbərləmək üçün icazə alıb və kəndinin uşaq və qadınlarına pulsuz olaraq Quranı əzbərləməyi öyrədir və onları Quranı əzbərləməyə və oxumağa davam etməyə təşviq edir.

O deyir: “Ümid edirəm ki, kəndin bütün uşaqları, gəncləri və qadınları mənim vasitəmlə Qurani-Kərimi əzbərləyəcəklər ki, mən bu işin şərəfinə və savabına nail olum və Allah-taala da onu mənim xeyirxah əməllərimin sırasına daxil etsin. Mən Quranla ünsiyyət qurmaqdan istəyim budur ki, aqibətim yaxşı olsun”.