Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
cümə axşamı

15 dekabr 2022

20:04:21
1331117

Qahirənin Quran məclisində Misirin böyük qariləri iştirak edib

dekabrın 13-də Qahirənin İmam Hüseyn (ə) məscidində “Vərşin Nafi”dən etdiyi rəvayətinə əsasən, Misirin böyük qarilərinin Quran məclisi keçirilib.

"Əş-şuruq"-a istinadən xəbər verir ki, bu Quran məclisi Misir Vəqflər Nazirliyinin Qurani-Kərimin işləri ilə məşğul olmaq səyləri çərçivəsində və İmam Hüseyn (ə) məscidinin mənəvi mühitində həyata keçirilib.

Bu Quran məclisində Əl-Əzhər Universitetinin ustadı və Qurani-Kərimin nüsxəsinin icrası və nüsxəsinə nəzarət komitəsinin rəhbəri Əbdül-Kərim Saleh iştirak edib. Həmçinin Əhməd Nueynə, Şeyx Əhməd Təmim əl-Məraği, Şeyx Məhəmməd Fəthullah Baybars, Şeyx Mahmud Əli Həsən, Şeyx Əhməd Əbu Fyuz, Şeyx Mahmud Əl-Xəşt, Şeyx Fəthi Əbdül-Munim Xəlif, Şeyx Taha Əl-Nomani və Şeyx Əl-Şərqavi də daxil olmaqla görkəmli Misir qiraətçiləri ustad Əbdüləziz İmranın nəzarəti altında bu məclisdə iştirak ediblər.

Həmçinin, Məscidlər və Qurani-Kərim İşləri Mərkəzi İdarəsinin rəisi Şeyx Əbdülməcid, Qahirə Vəqf İdarəsinin nümayəndəsi Mahmud Xəlil, Qurani-Kərim və Məscidlər Mərkəzi İdarəsinin üzvü Şeyx Məhəmməd Məlikə və çoxlu sayda İmam Hüseyn (ə) məscidinin ağsaqqalları da bu Quran məclisində iştirak ediblər.


342/