Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

14 dekabr 2022

21:24:26
1330886

“Dəhliz boyunca hərəkət azadlığı təmin edilməlidir”

Avropa İttifaqı Laçın dəhlizi ətrafında baş verənləri narahatlıqla izləyir. Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəliyinin ofisinin spikerinin bəyanatında deyilir.

 “Avropa İttifaqı Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırır. Bu cür hərəkət azadlığına məhdudiyyətlər yerli əhali üçün ciddi narahatlıq və humanitar narahatlıqlar yaradır.  Digər problemlər əlaqədar tərəflərlə dialoq və məsləhətləşmələr yolu ilə həll oluna bilər və həll olunmalıdır”, - bəyanatda deyilir.

Avropa İttifaqı təmkinli olmağa çağırıb və yuxarıda göstərilən səylərə töhfə verməyə hazır olduğunu bildirib. 

Aİ nümayəndəsi aksiyaçıların tələblərinə toxunmağı belə zəruri görməyib.

ABŞ və Fransa da Laçın dəhlizinin bağlanmasına öz kəskin etirazlarını bildiriblər ancaq onlar da Azərbaycan Respublikasının öz ərazilərində gedən prossesləri ən azından monitorinq hüququnun olmasına işarə belə etməyiblər.

342/