Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

14 dekabr 2022

21:23:35
1330884

Avropa İİttifaqı Laçın dəhlizindəki vəziyyəti diqqətlə izləyir

Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi bir daha tərəfləri təmkinli olmağa çağırıb.

bu barədə Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Avropa İttifaqı dekabrın 3-dən etibarən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələrdən xəbərdardır.

O deyib: “Biz hadisələri diqqətlə izləyirik. Aİ-nin Qarabağdakı vəziyyəti daha yaxşı başa düşməyə imkan verəcək mövcudluğu yoxdur, lakin biz açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan hesabatlarını izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq”, - deyə Piter Stano bildirib.

Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi qeyd edib ki, Avropa İttifaqı bir daha tərəfləri təmkinli olmağa və təxribat xarakterli ritorikadan imtina etməyə çağırır.

342/