Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

12 dekabr 2022

17:35:50
1330480

Qərb sahilinin durumu 1-ci İntifazədən öncəki günlərdə olduğu kimidir

Sionist general deyib ki, İordan çayının qərb sahilindəki hal-hazırkı şərait 1987-ci ildəki birinci İntifazəyə gətirib çıxaran günlərə çox oxşayır.

Təl-Əviv universitetinin müəllimi və sionist rejim ordusunun ehtiyatda olan bölməsinin generalı Mixail Milişteyn fələstinlilərlə silahlı toqquşmaların davam etməsi haqda bu rejimin daxili təhlükəsizlik təşkilatının rəisinə xəbərdarlıq edib.

Milişteyn fələstinlilərin birinci intifazəsinin otuz beşinci ildönümü münasibətilə deyib: Sionistlərin bir çoxu o zaman iddia edirdi ki, fələstinlilərin qəzəb və tüğanı tezliklə yatacaq, amma belə olmadı. Döyüşlər bir neçə gün ərzində qərb sahilinə və Beytülmüqəddəsə çəkildi və Oslo razılaşması zamanınadək davam etdi.

Milişteyn vurğulayıb ki, otuz beş ildən sonra, yəni hazırdakı şərait sionistlər üçün daha təhlükəli ola bilər, xüsusən ona görə ki, ümumi mübarizə bu dəfə sırf olaraq, daşla deyil və odlu silahlarladır.

342/