Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

7 dekabr 2022

20:44:24
1329457

Əlcəzirə telekanalı sionist rejimi Beynəlxalq Cinayət Məhkəməsinə verib

Qətərin Əlcəzirə informasiya kanalı Şirin Əbu-Aqilənin sionist rejim ordusunun qüvvələri tərəfindən şəhid edilməsilə bağlı şikayət ərizəsini Beynəlxalq Cinayət Məhkəməsinə verib.

Qətərin Əlcəzirə informasiya kanalının fələstinli müxbiri olan Şirin Əbu-Aqilə cari milad ili mayın on birində qərb sahilində yerləşən Cenin şəhərində sionist hərbçilər tərəfindən terror və şəhid edilib.

Əlcəzirə telekanalının hüquq komandası bu iş barədə tam və əhatəli təhqiqat aparıb və hadisə yerində olmuş bir neçə şahidin rəvayəti əsasında yeni faktlar əldə edibdir.

Bu qətərli telekanalın bildirdiyinə görə, öz müxbirinin şəhadətilə bağlı yeni videolar aydın şəkildə göstərir ki, işğalçı  sionist rejim ordusunun qüvvələri ona və onun əməkdaşlarına tərəf atəş açıblar.

342/