Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

4 dekabr 2022

20:03:50
1328639

“Əhrar-əl-Əraq” “Zelikan” bazasına raket hücumunun məsuliyyətini üzərinə götürüb

İraq Azadələr Diviziyası- “Ləva Əhrar-əl-Əraq”, şənbə günü gecə İraqın şimalında yerləşən “Zelikan” bazasına qarşı raket hücumunun məsuliyyətini üzərinə götürüb.

“Ləva Əhrar-əl-Əraq” bildirib ki, sözügedən hərbi bazanı 122 millimetrlik kalibrli dörd “Qrad” raketi ilə Mosul vilayətində hədəfə alıbdır.

Bu müqavimət qrupunun bildirdiyinə görə, qeyd olunan hücum, İraq vaxtı ilə saat 21-00-da həyata keçirilib.

Bundan qabaq informasiya qaynaqları “Zelikan” bazasında dörd güclü partlayış səsinin eşidilməsindən xəbər vermişdilər.

Türkiyə qüvvələri məhz İraqın şimalında yerləşən “Bəəşiqə” bölgəsindəki “Zelikan” bazasında yerləşiblər.

İraq hökuməti və iraqlı rəsmilər dəfələrlə Türkiyədən İraqın şimalındakı işğalçılığına son qoyub, qüvvələrini oradan çıxarmasını istəyiblər.

Onlar həmçinin Türkiyə ordusunun İraqın şimalına qarşı intensiv aviasiya və artilleriya hücumlarını öz ölkələrinin suverenliyinin pozulması adlandırıb, ona son qoyulmasını tələb ediblər.

342/