Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

4 dekabr 2022

20:03:08
1328638

50 yerli orqanın Netanyahuya qarşı üsyanı

İşğal olunmuş ərazilər boyunca sionist rejimin əllidən çox yerli orqanı bildiribdir ki, ekstremist Nuam dini partiyasının sədri Avi Mauzun siyasətlərinə qarşıdır.

Adı hallanan şəxsi Benyamin Netanyahu baş nazirlik ofisində nazir müavini təyin edib.

“Valla” sionist portalın məlumatına görə, sionist rejimin şəhər və kənd şuralarının sədrləri bildiriblər ki, xarici dərs proqramları subyektinə nəzarətin Mauza ötürülməsi nəticəsində təsir altına düşəcək təhsil proqramının büdcəsini özləri təyin edəcəklər.

Bundan qabaq, sionist rejimin gələcək nazirlər kabinetinin hakimiyyətə gəlməsilə dövrü bitəcək bu rejimin işlərinin irəlilədilməsi üzrə baş naziri Yair Lapid, Avi Mauzun təyin edilməsini dəlilik adlandırmışdı.

Yair Lapid öz şəxsi tvitter səhifəsində yazıb: Ötən hər günlə aydın olur ki, tamamilə sağçı nazirlər kabinetinin yerinə, tamamilə divanə bir hökumət təşkil olunmaqdadır

342/