Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

2 dekabr 2022

19:49:10
1327987

Avropa ilə təhlükəsizlik həmkarlığının bərpasını rədd edirik

Rusiya xarici işlər naziri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin, eləcə də Almaniya xarici işlər nazirinin Moskva əleyhinə Avropa üçün yeni təhlükəsizlik sisteminin yaradılması vacibliyi barədəki sözlərini tənqid edib.

Sergey Lavrov deyib: Nüvə gücləri, adi silahlarla döyüş də daxil olmaqla öz aralarında istənilən hərbi qarşıdurmadan çəkinməlidirlər. Nüvə müharibəsinin heç bir qalibi olmayacaq və belə bir müharibənin başlanmasına yol verilməməlidir.

O, əlavə edib: NATO-nun etinasız şəkildə genişlənməsi ATƏT-in əsas prinsiplərini zəiflədib. NATO-nun genişlənməsi prosesi və onun yeni üzvlər qəbul etməsi qəsdən atılan addımdır. Amerika və NATO öz hökmranlıqlarını dünyanın bütün nöqtələrinə qəbul etdirməyə çalışırlar. Onlar, bütün Avropa Birliyi, nəzarətləri altında olsun deyə,/ Rusiyanı Avropadan çıxarmaq istəyirlər.

Rusiya diplomatiya aparatının başçısı Borrelin Ukrayna müharibəsi barədəki fikirlərinə işarə ilə deyib: Borrel elə ilk gündən deyirdi ki, müharibə Ukraynanın qələbəsilə bitməlidir. Elə bu məsələ Avropa diplomatiyası barədə çox şeyləri göstərir. Borrel və Baerbok bildiriblər ki, məqsədləri, Rusiya əleyhinə Avropa üçün yeni təhlükəsizlik sisteminin yaradılmasıdır.

Əgər bunu, Avropa üçün yeni diplomatiya kimi nəzərə alsaq, bizim onun bir hissəsi olmağımıza ehtiyac yoxdur.

342/