Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

2 dekabr 2022

19:48:23
1327985

“Sergey Lavrov erməni yanğısını göstərib”

Milli Məclisin iclasında deputat, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiya xarici işlər naziri Sergey Lavrovu tənqid edib.

 Siyavuş Novruzovun sözlərinə görə, Sergey Lavrov dünən Azərbaycanla bağlı çıxış edərkən erməni yanğısını göstərib.

“Ötən gün Rusiya xarici işlər naziri danışdı, o boyda dövlətin naziri erməni yanğısı ilə fikir bildirdi. Gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, bu, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır.”

Deputat sözlərini belə davam edib: “Lavrov dekabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox, Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Lavrov bununla belə, keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə variantı da xatırladıb. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına gəlincə, Lavrov deyib ki, Rusiya Baş Qərargahında sərhədlərə dair xəritələr var. Rusiya bu xəritələri verməlidir. Xəritəniz var, verin də, niyə saxlayırsınız? Bu xəritələrin oğurluq hadisəsi kimi gizlədilməsi nə deməkdir? Qarabağda status məsələsi yoxdur, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, status olmayacaq. Bizim hansı xəritələrlə işləyəcəyimiz bəllidir”, - deputat qeyd edib.

Deputat onu da qeyd edib ki, Rusiya Xarici İşlər və Müdafiə nazirlikləri Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxışlar edirlər.

342/