Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

2 dekabr 2022

19:46:50
1327982

“Azərbaycan rəsmiləri ağıllarını başlarına yığsınlar”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vəhid Cəlalzadə parlamentin iclasında Azərbaycandan səsləndirilən anti-İran bəyanatlarına münasibət bildirib.

komissiya sədri və Urmiyədən olan deputat deyib ki, Azərbaycan Respublikasının dövlət rəsmiləri sionist rejimin və amerikalıların onların ayaqları altına yemiş qabığı atdıqlarına diqqət yetirməlidirlər. İran və Azərbaycan xalqları arasında əlaqələr qırılmazdır.

Səlmasdan İran İslam Şurası Məclisinin üzvü və parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının katibi Yaqub Rzazadə isə İlham Əliyevin İran azərilərini öz xalqının bir hissəsi adlandırmasına cavab olaraq deyib: “Mən Azərbaycan prezidentinə ciddi xəbərdarlıq edirəm ki, əgər birləşmə məsələsi varsa, deməli, sizin Azərbaycan İran İslam Respublikasına birləşdirməlidir”.

342/