Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

29 noyabr 2022

21:54:31
1327376

Rəisi Tehranda İraqın baş nazirini rəsmi şəkildə qarşılayıb

İran İslam Respublikası prezidenti İraqın baş nazirini Tehranın Səədabad tarixi-mədəni kompleksində rəsmi qarşılayıb.

 İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani İran İslam Respublikasının rəsmiləri ilə danışıqlar aparmaq üçün bu gün səhər siyasi və iqtisadi nümayəndə heyətinin başında Tehrana gəlib.

Rəsmi qarşılanma mərasimi prezident Seyid İbrahim Rəisinin iştirakı ilə Tehranın Sədabad tarixi-mədəni kompleksində keçirilib.

Rəsmi qarşılanma mərasiminin əvvəlində hər iki ölkənin dövlət himnləri səsləndirilib; Daha sonra İraqın baş naziri və İran prezidenti paradı müşahidə ediblər və hər iki tərəfin yüksək səviyyəli nümayəndə heyətləri təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra prezident Rəisi ilə baş nazir Əl-Sudani arasında qarşılıqlı danışıqlar başlayacaq; Daha sonra iki ölkənin siyasi və iqtisadi nümayəndə heyətləri ikitərəfli və regional hadisələrlə bağlı məsələləri müzakirə edəcəklər.

Bu, İraqın baş naziri postuna gəldikdən sonra Məhəmməd Şia Əl-Sudaninin İrana ilk səfəridir.

Qərbi Asiyanın ərəb ölkələri arasında İraq İranla ən çox mədəni və dini yaxınlığa malikdir.

Qonşuları arasında ən uzun sərhədə malik olmaq, irqi, tarixi və dil bağları, dini ortaqlıqlar, təhdidlərin mövcudluğu, ortaq təhlükəsizlik və iqtisadi maraqlar İran və İraq münasibətlərində mühüm məqamlar hesab olunur.

342/