Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

28 noyabr 2022

18:01:44
1327086

Sionist media: Dünya Çempionatında nə qədər mənfur olduğumuzu anladıq

“Yediot Ahronot” qəzeti sionist rejim müxbirlərinin Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən üzləşdikləri problemlərə toxunaraq, ərəb dünyasında “İsrail”ə nə dərəcədə nifrət edildiyini anladıqlarını etiraf edib.

"Yedioth Ahronoth" qəzeti sionist rejimin Qətərdəki müxbirlərinin Dünya Kuboku hadisələrini işıqlandırarkən qarşılaşdıqları problemlərdən və azarkeşlərin onlara münasibətlərindən danışıb.

"Əl-Məyadin" xəbər portalının məlumatına görə, qəzetin Qətərdəki müxbirləri ərəb dünyasında "İsrail"ə nə dərəcədə nifrət edildiyini anladıqlarını etiraf edərək, İsrailə nifrətin təkcə hökumətlər və hökmdarlar arasında deyil, daha çox küçədəki insanlar arasında olduğunu qeyd ediblər.

Sionist qəzetin müxbirləri deyiblər: "Dohada on gündən sonra burada nə ilə üzləşdiyimizi söyləməmək mümkün deyil. Biz yaxşı görünmək istəmirik, amma hiss edirik ki, hamı bizə nifrət edir".

"Küçədə fələstinlilər, iranlılar, qətərlilər, mərakeşlilər, iordaniyalılar, suriyalılar, misirlilər və livanlılar nifrət dolu baxışlarla bizi müşayiət edir. Maraqlısı budur ki, bəzi səudiyyəlilərin də bizə belə hissləri var", - deyə qəzetin müxbirləri əlavə ediblər.

342/