Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

28 noyabr 2022

17:58:17
1327080

Aliməqamlı Rəhbər İranda nəhəng dəniz potensialından istifadəni ümumi mədəniyyətə çevirməyə çağırıb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup komandiri ilə görüşdə dənizin nəhəng imkanlarından istifadənin ölkədə ümumi mədəniyyətə çevrilməli olduğunu vurğulayıblar.

Həzrət Ayətullahül-üzma Xamenei İran Milli Dəniz Qüvvələri Günü münasibətilə keçirilən bu görüşdə donanmada döyüş gücü və müdafiə avadanlığının təkmilləşdirilməsi, uzaq və beynəlxalq sularda naviqasiya kimi tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb, silahlı qüvvələr ilə hökumət və digər qüvvələr arasında əlaqələrin gücləndirilməsinin anlaşma, əməkdaşlıq və tərəqqiyə kömək edəcəyini bildiriblər.

İslam İnqilabının Aliməqamlı Rəhbəri, həmçinin İslam və İran mədəniyyəti və sivilizasiyasının dünyanın digər bölgələrinə köçürülməsinə səbəb olan iranlıların qədim keçmişdəki dənizçilik tarixinə toxunaraq, qeyd ediblər ki, bu tarixə və İranın şimalında və xüsusilə cənubunda uzun dəniz sahillərinə baxmayaraq, ölkədə dənizin imkanlarından istifadə etmək mədəniyyəti diqqətdən kənarda qalıb və ümumi mədəniyyətə çevrilməlidir. 

O, Həzrət bu sahədə mədəniyyətin yaradılmasını və əsas infrastruktur kimi dəniz haqqında ümumi anlayışın yaradılmasını zəruri sayaraq, son bir neçə ildə Məkran çimərliklərinin inkişafının müzakirə edildiyini və bunun hökumətlər tərəfindən də müsbət qarşılandığını, lakin  bu məsələdə ciddi irəliləyişin mədəniyyət quruculuğu tələb etdiyini bildiriblər.

Ali Məqamlı Rəhbər çıxışının digər bir hissəsində bədii istehsalı, o cümlədən animasiyanı dənizin müxtəlif imkanlarının tanıdılmasında təsirli adlandırıb və buyurublar: "Bədii əsərlərdən bəhrələnmək və ölkənin dəniz əsaslı inkişaf potensialını istər hərbi, istərsə əd mülki sektorlarda tanıtmaqla vətəndaşlarda bu imkanlardan istifadə etmək həvəsi artacaq. 

Bu görüşdə ordunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bu qüvvələrin müxtəlif sektorlardakı hərəkətləri və planları haqqında hesabat təqdim edib.

342/