Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

27 noyabr 2022

18:36:23
1326792

Çinlilər hökumətin karantin qanunlarına etiraz ediblər

Çin xalqı kovid-19-a yoluxanların sayının artmasının ardınca bu ölkə boyu tətbiq edilən karantinlərin genişlənməsinə etirazda bir neçə şəhərdə küçələrə çıxıb.

Karantin qanunların davam etməsinə qarşı çıxan çinli aksiyaçılar “Karantinə son qoyun!” şüarı veriblər.

Bu ümumi hiddətin əsas qığılcımı, Sintszyan əyalətinin mərkəzi olan Urumçidə yerləşən bir binada baş verən yanğın olub. Keçən həftə baş verən bu hadisədə on nəfər həyatını itirib.

Bəzi vətəndaşlar deyiblər ki, binanın sakinləri karantin səbəbindən yaşadıqları məkandan sürətlə çıxmaq imkanı tapmayıblar. Bununla belə, şəhər rəsmiləri bu məsələni təkzib ediblər.

Digər tərəfdən, şəhərdə keçirilən aksiyanın ardınca bir neçə məhəllədə korona məhdudiyyətləri götürülsə də, məlumatlara əsasən, bir çox məhəllə hələ də karantindədir.

342/