Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

27 noyabr 2022

18:35:09
1326790

Əliyevin İran azəriləri barədə yuxusu yozulmayacaq

Azərbaycan Respublikasına hakim kəsilmiş ailə rejiminin başçısı növbəti dəfə təxribat xarakterli bəyanatı ilə Tehranı sınamaq istədi.

İlham Əliyev noyabrın 25-də Azərbaycan Diplomatiya Universitetində keçirilən beynəlxalq konfransdakı söhbəti zamanı əvvəlcə İran azəriləri haqda uydurma fikirlər səsləndirib və özünü onların qəyyumu kimi aparmağa çalışıb.

“Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”, - deyə rejim başçısı vurğulayıb.

Sual yaranır: Azərbaycan Respublikasında əhalinin böyük əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu, yoxsulluq və işsizliyin tüğyan etdiyi bir vaxtda Əliyevin bu açıqlamasını kim səmimi qəbul edər, eyni zamanda xalqdan söhbət gedirsə, o, məgər tarixdən xəbərsizdir ki, bügünkü İran və Cənubi Qafqazda yaşayan etnoslar 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasına qədər vahid İranın və vahid xalqın tərkib hissələri olmuşlar? Məntiqlə Arazın o tayında yaşayan bütün etnik nümayəndələri, o cümlədən azərbaycanlılar İran xalqının bir hissəsi hesab olunmalıdır. Buna baxmayaraq Aliməqamlı Rəhbərin səlahiyyətli nümayəndəsi Əli Əkbər Vilayətinin dediyi kimi rəsmi Tehran keçmiş tarixə qayıtmaq istəmir və bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir, üstəlik Azərbaycan xalqını gözünün işığı bilir.

İlham Əliyev müdaxiləçi və riyakar söhbətinin davamında İranda Azərbaycan dilli məktəblərin olmamasına iradını bildirib və deyib: “İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur”.

Ailə rejimi başçısının bu təzadlı fikrinə müxalifətin Milli Şurasının sədri Cəmil Həsənli bu yaxınlarda ağıllı cavab verdi və özünün feysbuk məqaləsində bildirdi: “Adam vaxtaşırı gedib Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir. Yəni onun rəhbərlik etdiyi ölkədə hər üç uşaqdan biri rus dilində oxuyur…İlham Əliyev müstəqil Azərbaycanın hüdudlarından kənar 40 milyon azərbaycanlının ana dilində təhsil almaq imkanı olmamasından şikayətlənir, bəs, onun rəhbərlik etdiyi müstəqil Azərbaycanda ana dilinin tədrisinin vəziyyəti necədir?…40 milyon qalsın bir tərəfə, biz öz ölkəmizdə assimliyasiya oluruq, rus dilində məktəblərin sayının 35 faizə çatması bu deməkdir”, - deyə professor Cəmil Həsənli Əliyevin açıqlamasını rədd etmişdir.

Onun fikrincə, İran azərilərinin hüquqları, təhlükəsizliyinin təmin edilməsi barədə də rejim başçısının dedikləri tamamilə absurddur. Belə ki, İlham Əliyevin idarəçiliyi dövründə ölkənin əmək qabiliyyətli 5 milyondan bir qədər artıq əhalisinin 35 faizi  Azərbaycanı tərk edib, cəlayi-vətən olub…

Nə isə atalar sözündə deyildiyi kimi özünə umac ova bilmir, başqasına əriştə kəsir!