Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

27 noyabr 2022

18:34:41
1326789

Qarabağ iqtisadi rayonu niyə "Dağlıq Qarabağ ərazisi" kimi göstərilib?

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya MN-in Qarabağ iqtisadi rayonunu "Dağlıq Qarabağ ərazisi" kimi qeyd etməsinə etiraz edərək bunu arzuolunmaz hal adlandırıb.

nazirliyin bəyanatında deyilir: “Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır”.

Müdafiə Nazirliyi sonra Azərbaycan Respublikası ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında bu ölkənin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırıb, bildirib ki, Rusiya tərəfinin 26 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir.

Azərbaycanda dövlət rəsmiləri və siyasətçilər Rusiyanın Qarabağla bağlı planlarından narahatdırlar, Rusiya isə adətən onların etirazlarına məhəl qoymur. Üstəlik erməni əsilli milyarderin Rusiya tərəfindən Xankəndini göndərilməsi, orada dövlət naziri vəzifəsinə təyin edilməsi Əliyevi təşvişə salıb.

342/