Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

26 noyabr 2022

19:49:36
1326491

ABŞ Yunanıstanda PUA bazası yaradır

Qara dənizdən Egey və Aralıq dənizinə qədər olan əraziyə nəzarət etmək üçün ABŞ Yunanıstanın Larisa şəhəri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) bazası yaradır.

 bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın modernləşdirilmiş 8 ədəd “MQ-9 Reaper” pilotsuz uçuş aparatı artıq Yunanıstanın 110-cu Qırıcı Aviasiya Alayının aerodromunda yerləşdirilib. İlk 4 ədəd pilotsuz uçuş aparatı bu ölkəyə gətirilərək Larisanın yaxınlığında bazada yığılıb. Qalan 4 PUA isə Yunanıstana hazır vəziyyətdə gətirilib.

Qeyd edilib ki, Yunanıstan Silahlı Qüvvələri artıq 3 ədəd “MQ-9 Reaper”nin tədarükü ilə bağlı danışıqlara başlayıb. ABŞ texnoloji cəhətdən inkişaf etmiş platformaların və “MQ-9 Reaper” PUA-larının yerləşdirilməsi üçün Larisa şəhəri yaxınlığındakı bazaya 33,5 milyon dollar sərmayə qoyub.

Qeyd edək ki, Amerikanın Yunanıstanda hərbi fəaliyyətləri Türkiyə tərəfindən heç də birmənalı qarşılanmır. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dəfələrlə bildirmişdir ki, ABŞ-ın Yunanıstandakı hərbi bazalar yaratmasının Rusiyaya qarşı olması inandırıcı deyil. 

342/