Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

26 noyabr 2022

19:46:14
1326487

İ.Əliyev RS-lərin fəaliyyətindən gileylənməyib

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.

Kremlin mətbuat xidməti də İ.Əliyev ilə V.Putin arasında telefon danışığı barədə məlumat yayıb:

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların bütün kompleksinin reallaşması üçün növbəti addımlar nəzərdən keçirilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair praktiki məsələlərə diqqət yetirilib”, - məlumatda deyilir.

Son günlər Qarabağdakı Rusiya Sülhməramlıları və Rusiya Müdafiə Nazilriyinin məlumatlarında Azərbaycanın coğrafi adlarının təhrif edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumatlar yayıldı. Buna cavab olaraq RS-nin bəyanatında Azərbaycan Respublikası sülhə töhvə verməməkdə ittiham edildi.

Görünür Prezidentlər arasında telefon danışığında bu vacib məqamlara toxunulmayıb.

342/