Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

24 noyabr 2022

21:24:22
1325977

Türkiyənin Suriya və İraqın şimalına hücumları davam edir; 254 ölü var

Türkiyənin müdafiə naziri İraq və Suriyanın şimalında keçirilən "Pəncə-Qılınc" əməliyyatında 254 nəfərin öldürüldüyünü bildirib.

Hulusi Akar deyib: "Son həftələrdə Suriya və İraqın şimalında həyata keçirilən hərbi əməliyyatlarda indiyədək 471 hədəf atəşə alınıb. 254 terrorçu da zərərsizləşdirilib".

Hulusi Akarın bu açıqlamaları Türkiyə qırıcılarının Suriyanın Əl-Həsəkə vilayətində yerləşən Əl-Qamışlı ətrafında neft obyektlərini hədəfə almasından bir neçə saat sonra irəli sürülüb. 

Məlumata əsasən, hərbi hücum bu obyektdə böyük yanğına səbəb olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən deyib: "Suriya və İraqın şimalındakı hərbi əməliyyatlar yalnız hava hücumları ilə məhdudlaşmayacaq və quru əməliyyatları da lazımi vaxtda həyata keçiriləcək".

Türkiyə bazar günü səhər saatlarından etibarən Suriya və İraqın şimalında PKK əleyhinə hücumların yeni mərhələsinə başlayıb. 

342/