Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

23 noyabr 2022

17:54:54
1325744

Belarusun baş naziri Tehrana gəlib

Belarusun baş naziri Roman Qolovçenko Tehrana daxil olub və İranın sənaye, mədən və ticarət naziri tərəfindən qarşılanıb.

 İran və Belarus nümayəndə heyətləri ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən tranzit, ixrac və idxal, enerji təchizatı, kənd təsərrüfatı məhsulları, texnologiya və avadanlıqların transferi kimi sahələrdə genişləndirilməsini müzakirə edəcək və Tehran və Minsk arasında iqtisadi əlaqələrin inkişafı üçün hərtərəfli yol xəritəsini tərtib edəcəklər. 

Belarus baş nazirinin Tehrana səfərinin planlarına İran və Belarusun iqtisadi fəalları ilə birgə görüş də daxildir.

İran və Belarus son illərdə yaxşı münasibətlərə malik olublar ki, bu da, müntəzəm yüksək səviyyəli görüşlərdə və müxtəlif razılaşmalarda öz əksini tapıb. 

342/