Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

23 noyabr 2022

17:49:56
1325734

Kreml ABŞ-ın İran ilə Rusiya arasında PUA əməkdaşlığı ilə bağlı iddiasını rədd edir

Kremlin sözçüsü “Washington Post”un İran və Rusiyanın pilotsuz uçan aparatlarının istehsalı üzrə müqaviləsi ilə bağlı iddiasına cavab olaraq, deyib: “Bu məlumatı haradan aldıqlarını bilmirəm”.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi vurğulayıb ki, Qərb mediası İran və Rusiyanın birgə pilotsuz təyyarələr istehsal etmək planı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirməlidir.

Peskov "Washington Post"un Moskvanın Tehranla yüzlərlə İran pilotsuz təyyarəsinin Rusiya torpaqlarında istehsalına başlamaq üçün sövdələşmə imzaladığı barədə xəbəri ilə bağlı suala cavab olaraq, deyib: "Xeyr, əsla. Mən "Washington Post"un bu məlumatı haradan aldığını bilmirəm. Siz onlardan soruşmalısınız".

Bu yaxınlarda Ukrayna, ABŞ və bir sıra Avropa ölkələri Rusiyanın Ukraynadakı müharibədə İran pilotsuz təyyarələrindən istifadə etdiyinə dair iddialar irəli sürdülər, həm İran, həm də Rusiya bu iddianı rədd etdi.

İran İslam Respublikası müharibə başlayandan bəri Ukraynadakı müharibəyə qarşı olduğunu vurğulayıb, hətta bununla bağlı Əmir Abdullahiyan iki dəfə Ukrayna xarici işlər nazirinin mesajını rusiyalı həmkarına çatdırıb.

İran İslam Respublikası bundan əvvəl dəfələrlə bildirib ki, İran və Rusiya müdafiə sahəsində əməkdaşlıq edir, lakin İran Ukraynada istifadə üçün Rusiyaya heç bir silah göndərməyib.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu yaxınlarda Ukraynada baş verən proseslərə münasibət bildirərkən deyib: "Biz Ukraynada müharibənin davam etdirilməsinin əleyhinəyik və atəşkəs üçün çalışırıq".

O əlavə edib ki, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, bizim silahların ixracı və idxalına qadağamız yoxdur, lakin İran Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya heç bir silah verməyib. Bizim mövqeyimiz NATO-nun regionda genişlənməsinə və Ukraynadakı müharibəyə qarşı olmaqdır.

342/