Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

21 noyabr 2022

20:26:20
1325236

Makron Ermənistanın Frankofoniya ölkələrinə sədrliyini yüksək qiymətləndirib

Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cerba şəhərində keçirilən 18-ci sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.

dövlət başçıları Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatına sədrliyini yüksək qiymətləndirib və təşkilatın prioritetləri və gələcək planları ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Nikol Paşinyan və Emmanuel Makron Ermənistan, Fransa, Azərbaycan liderlərinin və Avropa İttifaqı Şurası sədrinin bu ilin oktyabrında Praqada keçirilmiş dördtərəfli görüşünün nəticələrinə dair fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş addımların həyata keçirilməsi vurğulanıb.

Paşinyan sonra Azərbaycan ordusunun Ermənistanın suveren ərazisindən dərhal çıxarılmasının vacibliyini vurğulayıb.

 

342/