Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
cümə

18 noyabr 2022

19:59:38
1324367

Məhəmməd Əbdül-Əziz Həssan qədim və müasir qiraət üslublarını birləşdirəndir

Misirdə bir çox görkəmli qiraətçilər olub. Bu qarilərdən biri olan Məhəmməd Əbdül-Əziz Həssan öz qiraətlərində qədim və yeni üslubları birləşdirərək Quran qiraəti üslubu icad etməyə çalışıb.

Məhəmməd Əbdül-Əziz 1964-cü ildə Misir Radiosuna daxil olub və dünyasını dəyişənə qədər 2003-cü ilə qədər həmişə qiraət ustalığının zirvəsində olub. Onun bütün qiraətləri möhtəşəmdir.

Ustad Həssana təsir edənlərdən biri ustad Məhəmməd Səlamə idi. Ustad Həssan Misirin Qərbiyyə şəhərində ilk qiraətini oxuduqda ustad Səlamə bu qiraəti dinləyir. Bununla da Həssanın Misir radiosuna daxil olmasına vasitəçilik edir. Digər bir məqam isə Misirin qərb bölgəsində yaşayan qarilərin qiraət tərzinin əsasən bir-birinə bənzər olmasıdır. Lakin Mənsur Bədar və ya Əli Mahmud kimi qarilərin qiraətlərinin Həssanın qiraətinə yaxın olduğunu deyə bilərik.

Bununla belə, Həssan unikal qiraətçidir. Mühüm məsələlərdən biri də Həssanın bu üsluba necə çatdığını müəyyən etməkdir. Həssan qiraət üslubunda sanki qədim və müasir üslubları birləşdirib. Bu o deməkdir ki, biz bu qiraətlərdə Misirin həm qədim, həm də birinci dərəcəli qarilərinin orijinallığını görə bilirik. O, həm də çox müasirləşib. Digər tərəfdən, qiraətdə Həssanın adına bir üslub qeyd olunur ki, buna Həssaniyyə üslubu deyilir. Buna görə də Həssan yaradıcı qiraətçi kimi tanınır. O, bəlkə də başqalarından təsirlənməkdən daha çox, bu özünəməxsus üslubu ilə başqalarına təsir edə bildi. Belə ki, ondan əvvəl bizdə onun kimi qiraət edən olmayıb.

Həssanın ümumi və xüsusi tonu var. Məsələn, “Hud” surəsinin qiraətində daha çox ümumi işlər görsə də, bəzi qiraətlərdə xüsusi və çətin bir ton da işlətmişdir. Ona görə də kimsə Həssanı təqlid edəcəksə, düzgün muğam seçərək dinləyicilərini sevindirmək üçün bu fərqliliyə diqqət yetirməlidir.

Ustad Həssanın 150-yə yaxın möhtəşəm və şah əsəri qiraəti var. Bunlardan aşağıdakıları qeyd etmək olar: O, Müzzəmmil, Müddəssir, Mütəffifin, Ər-Rəhman surələrini oxuyub. Nəcm və Qəmər surələrini üç dəfə qiraət edib. Həmçinin İsra, Nəcm, İnsan, Mürsəlat, Nəml, Qaf, Zariyat və Bəyyinə surələrini qiraət edib.


342/