Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

17 noyabr 2022

08:10:00
1323912

İranlı tədqiqatçı İslam Dünyası Elmlər Akademiyasının idarə heyətinin üzv seçilib

Doktor Muhəmməd: "Müəyyən edilmiş spesifikasiyalara əsasən, İslam Dünyası Elmlər Akademiyası (İAS) 1986-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçıları tərəfindən elm və texnikadan istifadə edərək ölkələrin sosial-iqtisadi tərəqqisinin həyata keçirilməsinə kömək etmək məqsədilə yaradılmış beynəlxalq elmi təşkilatdır."

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Tehran Tibb Elmləri Universitetinin professoru dörd il müddətinə İslam Dünyası Elmlər Akademiyasının (İAS) İdarə Heyətinin üzvü seçilib.

Doktor Muhəmməd Abdulahi İslam Dünyası Elmlər Akademiyasını dünyanın ən nüfuzlu elmlər akademiyalarından biri kimi xarakterizə edib və deyib:

 "Müəyyən edilmiş spesifikasiyalara əsasən, İslam Dünyası Elmlər Akademiyası (İAS) 1986-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçıları tərəfindən elm və texnikadan istifadə edərək ölkələrin sosial-iqtisadi tərəqqisinin həyata keçirilməsinə kömək etmək məqsədilə yaradılmış beynəlxalq elmi təşkilatdır."

O, dünyada nüfuzlu elmi işlər görmüş bütün professor və tədqiqatçıların bu akademiyanın üzvü olacağını bildirərək deyib:

 "Bu akademiya ildə bir dəfə üzv ölkələrin birində ölkələrin ən yüksək vəzifəli şəxslərinin iştirakı ilə öz ümumi yığıncağını keçirir, iclasda günün elmi məsələlərindən biri ilə bağlı müzakirələr aparır və fikir mübadiləsi edir."

Abdullahi qeyd edib:

"Bu sammitə dəvət olunan məruzəçilər dünyanın elmi liderləri arasından seçilir."

Tehran Tibb Elmləri Universitetinin professoru İslam Dünyası Elmlər Akademiyasının digər proqramlarından biri kimi xüsusi elmi sahələr üzrə hüzuri və ya onlayn olaraq başqa bir toplantı keçirməyi xatırladaraq qeyd edib:

"Bu görüşün keçirilməsində əsas məqsəd elmin hamı üçün geniş təbliğidir."

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!