Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

17 noyabr 2022

07:50:00
1323910

İzeh iğtişaşlarının əsas səbəbkarlarından 3-ü həbs edilib

"Bu gün İzeh şəhərində baş verən hadisələrin və iğtişaşların əsas faktorlarından 3 nəfər həbs edilib və bununla bağlı digər faktorların müəyyən edilərək tutulması işlərinin aparılması gündəmdədir…"

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əli Dehqani İzeh şəhərində baş verənlərlə bağlı açıqlama verib:

"Bu gün İzehdə baş verən hadisələrdən sonra bu şəhərin prokuroru və ədliyyə rəisinə bu hadisələrin və iğtişaşların əsas səbəbkarlarının müəyyən edilərək tutulması üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı xüsusi göstəriş verilib."

Xuzistanın baş hakimi Əli Dehqani deyib:

"Bu gün İzeh şəhərində baş verən hadisələrin və iğtişaşların əsas faktorlarından 3 nəfər həbs edilib və bununla bağlı digər faktorların müəyyən edilərək tutulması işlərinin aparılması gündəmdədir…"

O əlavə edib: "İzeh şəhərində baş verən hadisələrdə 9 yaşlı oğlan, 45 yaşlı qadın və 3 gənc olmaqla 5 nəfər şəhid olub, 10 nəfər yaralanıb."

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!