Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

16 noyabr 2022

11:05:27
1323619

Avstraliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı!

İİR Xarici İşlər Nazirliyinin Spikeri: "Sığınacaq axtaran pənahəndələrin öldürülməsindən tutmuş, ölkə həbsxanalarında 500 aborignin öldürülməsi və bu işlərdə peşəkar araşdırmaların qadağan edilməsi kimi haqsızlıqlar bataqlığında giriftar olan Avstraliya höküməti insan haqlarının müdafiəsinə qalxması və insan haqlarını təbliğ etmək üçün ən az mənəvi legitimliyə belə malik deyildir".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Avstraliya baş nazirinin İrandakı daxili proseslərlə bağlı sərsəm açıqlamalarından sonra Avstraliya səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

İİR Xarici İşlər Nazirliyinin sözçüsü Avstraliya baş nazirinin ölkəmizdəki daxili proseslərlə bağlı verdiyi sərsəm açıqlamalarına cavab olaraq deyib: Görünən odur ki, Avstraliyanın baş naziri yanlış məlumatlara əsaslanaraq yanlış yanaşma nümayiş etdirib ki, bu da iki ölkə arasındakı münasibətlərə kömək etmir.

Nasir Kənani əlavə edib: "Biz Avstraliya hökumətinə həm Tehran həm də Kanberrada İrandakı hadisələrlə bağlı media cəfəngiyyatlarından uzaq, düzgün rəvayət təqdim etməyə hazırıq".

İİR Xarici İşlər Nazirliyinin Spikeri, Avstraliyanın İrana qarşı insan haqları ittihamları ilə bağlı qarşılıqlı hörmət və faktlara arxalanmağın diplomatiyada çaşqınlığın qarşısını almaq üçün ən yaxşı yol olduğunu vurğulayaraq əlavə edib: "Sığınacaq axtaran pənahəndələrin öldürülməsindən tutmuş, ölkə həbsxanalarında 500 aborignin öldürülməsi və bu işlərdə peşəkar araşdırmaların qadağan edilməsi kimi haqsızlıqlar bataqlığında giriftar olan Avstraliya höküməti insan haqlarının müdafiəsinə qalxması və insan haqlarını təbliğ etmək üçün ən az mənəvi legitimliyə belə malik deyildir".

Kənani həmçinin Avstraliya hökumətinin terrorçu və separatçı qruplara sığınacaq verməsini və müqəddəs Şahçerağ ziyarətgahına qarşı amansız terror hücumu qarşısında susmasını insan haqlarına qarşı ikili standartların əlaməti hesab edib və əlavə edib: Bununla əlaqədar Avstraliya səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və onun vasitəsilə lazımi xəbərdarlıqlar edilib."

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!