Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

16 noyabr 2022

09:20:00
1323603

Kanadanın baş naziri İran əleyhinə yalan yazdığı tvitini sildi!

Kanadanın Baş naziri Tvitter səhifəsində Newsweek-in yalanlarını əsas gətirərək İranda güya 15 min etirazçı üçün verilən ölüm hökmünü pisləyib!

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Kanadanın baş naziri Castin Trüdo bu yaxınlarda İrandakı iğtişaşlara və hərc-mərcliklərə dəstək məqsədi ilə Amerika jurnalının tirajladığı yalanına əsaslanan tvitini silməli olub.

Bir neçə gün əvvəl Amerikanın “Newsweek” jurnalı İranda iğtişaşları qızışdırmaq məqsədi ilə saxta xəbər yayaraq, həbsdə olan 15 min etirazçının edam planının İran parlamentində təsdiqləndiyini iddia etmişdi.

Son hadisələrdə iğtişaşları dəstəkləmək bəhanəsi ilə İrana qarşı sanksiyalar tətbiq edən Kanadanın baş naziri Castin Trüdo özünün Tvitter səhifəsində Newsweek-in yalanlarına istinad edərək 15 min etirazçının ölüm hökmünü pisləyib!

Lakin yuxarıdakı yalan üzə çıxanda Trüdo tvitini silmək qərarına gəlib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!