Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

13 noyabr 2022

16:42:27
1322889

ABŞ polisindən qətl rekordu: Bir il olmamış; 700 qətl

Amerikada cinayət təhqiqatı portalının məlumatı göstərir ki, Birləşmiş Ştatların polis zabitləri cari ildə indiyədək yeddi yüzdən çox qətl törədiblər. Bu rəqəm ötən illərdə qeydə alınmış ölümlərin kədərli rekordunu sındırıbdır.

ABŞ polisinin qətl seriyalının davamı təqdirində, ilin sonu çatmamış, daha 440 nəfərin həyatını itirəcəyi proqnoz edilir.

Həmçinin 2013-cü ildən bəri toplanmış statistikalar göstərir ki, Afrika mənşəlilər ağdərililərdən üç dəfə çox polis tərəfindən öldürülmə təhlükəsi qarşısındadırlar.

Bu statistikaların fonunda qeyd edək ki, Birləşmiş Ştatlarda polisin ölümcül atəşləri və etnik azlıqlara qarşı digər zorakılıq formaları, dünya səviyyəsində vətəndaş hüquqları təşkilatlarının kəskin tənqidlərinə və geniş aksiyalara səbəb olubdur.

342/