Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

13 noyabr 2022

16:40:21
1322885

İstanbulun İstiqlal küçəsində partlayış baş verib

Bu gün yerli vaxtla saat 16:20 radələrində Türkiyənin İstanbul şəhərinin Taksim İstiqlal küçəsində partlayış baş verib.

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq",- Yerlikaya deyib.

Türkiyə KİV isə hadisə nəticəsində 5 nəfər öldüyü, 36 nəfərin yaralandığını bildirib. 

Partlayışın səbəbi hələlik məlum deyil.

342/