Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

11 noyabr 2022

21:29:43
1322262

Moskva hazırkı reallıqlar əsasında Kiyevlə müzakirələrə hazırdır

Rusiya xarici işlər nazirliyinin sözçüsü: Biz müzakirədən əsla əl çəkməmişik. Əlbəttə, hazırkı reallıqları nəzərə almaqla diskurs və müzakirələr aparmağa hazırıq.

Mariya Zaxarova virtual formada keçirilən həftəlik brifinqində Almaniya rəsmilərinin Rusiyanın Ukrayna ilə müzakirələrə hazır olmamasına dair sözlərinə cavabda bildiribdir ki, Moskvanın bu barədəki mövqeyi dəyişməyibdir.

Berlin tərəfindən Kiyevə silah göndərişinin davam etməsinə toxunan Zaxarova əlavə edib: Alman tərəf Kiyev hökuməti üzərindəki nüfuzundan istifadə etmək əvəzinə, böhranlı bölgələrə və döyüş bölgələrinə silah ixracatını qadağan edən öz qanunlarına zidd gedib, Kiyevi müxtəlif silah sistemlərilə təmin etməyi davam etdirir.

Zaxarova Ukraynada istifadə olunmaq üçün Şimali Koreya tərəfindən Rusiyaya silah göndərilməsinə dair amerikan rəsmilərin ifadələri haqda isə deyib: Bu iddialar barədə aydın bir əsas təqdim olunmayıb və təqdimediləsi də deyildir, zira bu sözlər ağ yalandır.

342/