Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

11 noyabr 2022

21:29:18
1322261

İngiltərə tətillər bataqlığında

İngiltərədə bir neçə ay bundan öncə formalaşmış ictimai xidmətlər üzrə işçilərin əmək şəraiti və əmək haqqı üstündə hökumətlə olan qarşıdurması yeni etapa daxil olub. Cümə axşamı günü London metropoliteni-nin on min işçisi işdən əl çəkib və bu nəqliyyat sistemini iflic edibdir.

Şübhəsiz, keçmiş və hazırkı tətillərin törətdikləri nəticə və xəsarətlərin dəyərləndirilməsi, İngiltərə hökumətinin öz işçilərilə davamlı qarşıdurmasının nəticəsini aşkar edə bilər. Bu haqda məlumat hələ ki, yayılmayıbdır.

Britaniya vətəndaşları deyirlər ki, Hökumət ötən üç ildə milyardlarla funt-sterlinq xərclədi ki, onların bəzilərinə lüzum yox idi, amma sıra, ictimai xidmətlərin işçilərinə çatarkən, deyir ki; pulum yoxdur. Onlar sözlərinə qulaq asılmadığını görkdükdə, işdən əl çəkməyə məcbur oldular.

Yüz minlərlə müsafir sərgərdan olub. İnsanlar avtobus dayanacaqlarında izdiham, uzun sıralar və uzun-uzadı tıxaclarla üzləşiblər.

İngiltərədə inflyasiya və bahalıq son qırx ildən çox bir müddətdə ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, hökumət əlli mlyard funt-sterlinq-lik büdcə çatışmazlığı ilə üzləşir. Deyir ki, işçilərin tələblərinə uyğun şəkildə onların peşələrini qoruya və maaşlarını artıra bilməz.

İngiltərədə işləyənlərin işsiz qalmaları və yaşayış xərclərinin artması böhranı, əksər hallarda həmkarlar ittifaqlarını reaksiyaya vadar edibdir.

Ən yeni qərarda İngiltərədə səhiyyə və müalicə sistemi işçilərinin həmkarlar ittifaqları bildiriblər ki, maaşlar artırılmadan daha 47 min qüvvənin yerini doldura bilməzlər. Onlar vurğulayıblar ki, xəstələrin sağlamlığı üçün təhlükəli olan iş şəraitinə etiraz əlaməti olaraq, tezliklə, son yüz ildən çox bir müddətdə bu ölkənin səhiyyə və müalicə sistemində ən iri tətil keçirəcəklər.

Amma, bu, macəranın hamısı deyil. İngiltərədə universitet və kolleclərin həmkarlar ittifaqları da bildiriblər ki, bu ay tətil keçirəcəklər.

342/