Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

11 noyabr 2022

21:26:54
1322257

Türkiyə-Rusiya ticarət əlaqələrində sıçrayış

Moskva-Ankara iqtisadi əməkdaşlığı üzrə yol xəritəsi müqaviləsi Türkiyəni Rusiyanın ən böyük iqtisadi ortaqları sırasında qərar veribdir.

2022-ci ilin əvvəlləri. Moskva-Ankara iqtisadi əməkdaşlığı üzrə yol xəritəsi müqaviləsinin imzalanması. Müqavilədə məqsəd, tərəflərin ildə yüz milyard dollar ticarət həcminə çatmaları olubdur.

Müqavilə sürətlə icra mərhələsinə çatdı və cari milad ilinin yarısı gələr-gəlməz, ticarət həcmi altmış milyard dolları ötüb keçdi. İki ölkənin sentyabr ayındakı ticarət həcmi də aylıq rekord həddə- bir tam onda bir milyard dollara yüksəldi.

Ankaranın başlıca hədəfi, dünyanın enerji və ərzaq böhranı şəratində, buğda da daxil olmaqla strateji ərzaq və enerji mənbələrinin təmini üzrə əminlik əmsalını yüksəltməkdir.

Rəcəb Tayyıb Ərdoğan bundan öncə bildirmişdi ki, ölkəsi region ölkələrindən enerjinin təmin edilməsinə ehtiyac duyur.

"Əgər qazı qonşulardan almasaq, insanlarımızın evlərini nə ilə qızdıracaq? Hazırda qaz idxalatımızın başlıca hissəsi, İran və Rusiyadan həyata keçirilir.",- Ərdoğan demişdi.

Belə görünür ki, NATO üzvü olan Türkiyə, qərbli müttəfiqlərinin Rusiyanı iqtisadi sanksiyalara məruz qoymaq üzrə düzülüşündən müstəsna olaraq, Qərbin tələblərinin əks istiqamətini seçibdir.

Bu məsələdən daha önəmlisi budur ki, tərəflərin razılaşmasına əsasən, təbii qazın təmini xərclərinin ödənişi və maliyyə hesablaşmasında Rusiya rublu ABŞ dollarının yerini tutubdur.

342/