Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

9 noyabr 2022

19:49:10
1321842

Onlarla ölkə BRİKS(BRICS)-ə üzvlük ərizəsi təqdim edib

Rusiyanın xarici işlər naziri Hindistanın xarici işlər naziri ilə görüşdə onlarla ölkənin BRİKS qrupuna üzvlük ərizəsi təqdim etdiyini bildirib.

Sergey Lavrov Subrahmanyam Caişankarla görüşdə BRİKS qrupunun genişləndirilməsinin onun üzvləri arasında prinsipial araşdırmanın aparılması və meyarlara ehtiyac duyduğunu qeyd edib.

Lavrov əlavə edib ki, BRİKS-ə üzv ölkələr bu qrupun ehtimal üzrə genişləndirilməsi, prinsip və meyarları barədə tezliklə müzakirə aparmaq niyyətindədirlər.

BRİKS(BRICS) Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin ingiliscə adlarının baş hərflərindən yığılmış bir termin olub, yeni meydana gəlmiş iqtisadi güclərin başçılıq etdikləri qrupun adıdır.

342/