Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

9 noyabr 2022

19:48:35
1321840

ABŞ-ın Missisipi ştatında dövlət saytlarına kiber hücumu edilib

ABŞ-ın Missisipi ştatı qubernatoru müavininin ofisi bu ştatda dövlət saytlarına qarşı kiberhücumdan xəbər verib.

Sözügedən ofisin bildirdiyinə görə, ştat qubernatorluğunun vebsaytı Amerika ara seçkiləri boyunca dəfələrlə əlçatanlıqdan çıxıb.

Amerikanın sabiq prezidenti Donald Tramp bu ölkənin 2022-ci il ara seçkilərində bəzi səsvermə aparatlarının xarab olmalarının ardınca seçkilərin sağlamlığını da şübhə altına alıbdır.

Amerika ara seçkiləri dünən keçirilib. Bu seçkilərdə konqresin nümayəndələr palatasının bütün dörd yüz otuz beş yeri və senatın yüz yerindən otuz beş yer rəqabətə qoyulub.

342/