Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

8 noyabr 2022

20:03:55
1321476

Amerikanın Miçiqan ştatı qaranlığa qərq oldu

Fırtına ABŞ-ın Miçiqan ştatının böyük hissəsini qaranlığa qərq edib.

ABŞ-ın Miçiqan ştatında güclü qasırğa 120 mindən çox abonentin elektrik şəbəkəsini kəsib.

Sürəti saatda 100 kilometrə çatan bu fırtına bazar günü axşam Miçiqan ştatının cənub-şərqini vurub.

Bəzi ərazilərdə fırtına o qədər güclü olub ki, elektrik dirəklərini aşırıb.

Miçiqan Ştatının Enerji Departamentinin rəsmiləri bu ərazilərdəki insanlara elektrik ötürücü xətlərə yaxınlaşmamaq üçün xəbərdarlıq ediblər.

342/