Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

8 noyabr 2022

20:03:24
1321475

Makron: İranla münasibətdə tərzimizi dəyişməliyik

Fransa prezidenti İranın təhdidlərinin regional miqyasdan artıq olduğunu iddia edərək, deyib: "Biz İranın dünyadakı təhdidləri ilə mübarizə tərzimizi dəyişməliyik".

 Ölkəsi əvvəlki nüvə sazişi danışıqlarında və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı aparılan son Vyana danışıqlarında pis polis rolunu oynayan Fransa prezidenti Emmanuel Makron bir daha Tehrana qarşı əsassız iddialarını təkrarlayıb.

Makron "Əl-Hədəs" kanali ilə müsahibədə İranın təhdidlərinin regional miqyasdan artıq olduğunu iddia edib və əlavə edib: "Biz İranın dünyadakı təhdidlərinə qarşı mübarizə tərzimizi dəyişməliyik". 

Çərşənbə günü Misirin Şərm Əş-Şeyx şəhərində keçirilən iqlim konfransı çərçivəsində aparılan və Əl-Ərəbiyyə kanalından yayımlanan bu müsahibədə o, deyib: "İran təhdidləri ilə mübarizə aparmaq üçün mütəşəkkil şəkildə çalışmalıyıq".

Buna əsasən, Fransa prezidenti ilk məqsədi xalqın həyatı və güzəranı olan sanksiyalara qarşı iranlıları dəstəkləmək jesti ilə çıxış edərək, iddia edib ki, İran xalqının sanksiyalardan təsirlənməməsi təmin edilməlidir. 

Digər tərəfdən Almaniya hökumətinin sözçüsü bazar ertəsi bildirib ki, yeni sanksiyalar paketinin tətbiqi üzərində iş gedir.

Bundan əvvəl Fransa prezidenti Benyamin Netanyahunu Knesset seçkilərində qələbəsi münasibətilə təbrik edib və ikitərəfli məsələləri və İranı müzakirə etmək üçün onu Parisə dəvət edib.

342/