Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

5 noyabr 2022

21:43:50
1320703

Trampa Konqresə hücum sənədlərini təhvil verməsi üçün ultimatum verilib

Donald Trampın tərəfdarlarının Birləşmiş Ştatların Kapitoli binasına hücumunu araşdıran Nümayəndələr Palatasının 6 Yanvar Komitəsi Trampa çağırdığı sənədləri təhvil vermək üçün gələn həftəyə qədər vaxt verib.

ABŞ Nümayəndələr Palatasının 6 Yanvar Komitəsinin yüksək səviyyəli rəsmiləri bir bəyanatda qeyd ediblər ki, komitənin çağırışları ilə bağlı keçmiş prezidentin vəkillərinə məlumat verilib. 

Komitə bir neçə əvvəl Trampa çağırış vərəqəsi göndərərək, onun Konqresdə ifadə verməsini və lazımi sənədləri təqdim etməsini tələb etdiyini bildirib. 

Çağırış vərəqəsində Tram ABŞ-ın hazırkı prezidenti Co Baydenin qələbəsi ilə nəticələnən 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək üçün plan hazırlamaqda ittiham olunub. 

6 yanvar hadisələrini araşdıran seçmə komitənin sədri Benni Tompson Trampa ünvanladığı məktubda yazıb: "Biz etiraf edirik ki, keçmiş prezidentə çağırış vərəqəsinin verilməsi əlamətdar və tarixi bir hərəkətdir".

2021-ci il yanvarın Trampın tərəfdarlarından bir qrupu ABŞ Konqresinin binasına hücum etdi. Tramp hücumdan əvvəl Ağ Ev qarşısında etdiyi çıxışında tərəfdarlarından Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləyən toplantıya etirazlarını bildirmələrini xahiş etmişdi.

ABŞ Kongresinə hücum nəticəsində prezident seçkilərinin nəticələrinin təsdiq edilməsi üçün keçirilən iclas bir neçə saatlıq dayandırıldı, əz azı beş nəfər öldü, onlarla nəfər isə yaralandı. 

342/