Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

5 noyabr 2022

21:40:37
1320697

BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri terrorçuları yaxşı və pisə bölürlər

İranın xarici işlər naziri deyib: "BMT Təhlükəsizlik Şurasının bəzi daimi üzvlərinin Şirazdakı terror aktına reaksiya göstərməməsi, onların hələ də terrorçuları yaxşı və pis terrorçulara ayırdıqlarını göstərir.

 Hüseyn Əmir Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreşə bir məktub ünvanlayaraq,  bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının Şirazdakı terror hadisəsinə reaksiya göstərməməsini tənqid edib.

O, vurğulayıb ki, Təhlükəsizlik Şurasının bu cinayət qarşısında qəbuledilməz susqunluğu göstərdi ki, bəzi güclər nəinki terrorçulardan bir təzyiq vasitəsi kimi istifadə edirlər, həm də Təhlükəsizlik Şurasının beynəlxalq terrorizmlə mübarizədə öz mandatını səmərəli şəkildə yerinə yetirməsini çətinləşdirirlər". 

Qeyd edək ki, 26 oktyabr tarixində Şirazdakı müqəddəs Şahçırağ ziyarətgahına silahlı hücum, ikisi uşaq olmaqla 15 günahsız iranlının şəhid olması, 30 nəfərin yaralanması ilə nəticələndi. 

342/