Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

4 noyabr 2022

16:53:54
1320197

ABŞ aşkar şəkildə İranın daxili işlərinə qarışır

ABŞ prezidenti müdaxilə mahiyyətli bir çıxışda İrandakı iğtişaşçılara dəstək verdiyini bildirib.

Co Bayden Kaliforniya ştatının Oşensayd şəhərində demokrat nümayəndə Mayk Levin üçün təşkil edilmiş təbliğat kampaniyasında öz havadarlarına xitabən iddia edibdir ki; biz İranı azad edəcəyik.

İrandakı son iğtişaşların əvvəlindən bəri müdaxilə mahiyyətli sözlər söyləyən amerikalı rəsmilər həm də İranın rəsmiləri və orqanlarına qarşı sanksiyalar tətbiq ediblər. Bu azmış kimi, Albaniya ilə yanaşı, öz son cəhdlərində BMT Təhlükəsizlik Şurasının İran əleyhinə qeyri-rəsmi yığıncağının təşkilatçıları olublar. Amma bu müddət ərzində həmin yığıncaq üçün qopardıqları bütün hay-küylərə rəğmən, yığıncaq onun təşkilatçıları üçün heç bir nailiyyət gətirmədi.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani cümə axşamı günü Nyu-Yorkda- BMT iqamətgahında bildirdi ki, İran dövləti öz daxili problemləri üçün həll yolu ardıncadır və söz azadlığı və dinc aksiya hüquqları İranın Əsas Qanunu tərəfindən rəsmən tanınıbdır.

342/