Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

4 noyabr 2022

16:53:06
1320195

İngiltərədə miqrantlar böhanı

İngiltərə hökumətinin siyasətləri və yanaşmaları ötən il bu ölkəyə daxil olmuş miqrantların 96%-inin ordunun dağılmış kazarmalarında və düşərgələrdə qeyri-münasib şəraitdə və qeyri-müəyyən vəziyyətdə yaşamasına səbəb olub.

Miqrantlar qalmaqalı. Bu günlər İngiltərənin siyasi və media dairələri durmadan bu ölkənin cənub su yolu vasitəsilə həmin ölkəyə daxil olan miqratnlar barədə deyir və onu böhran kimi yad edirlər.

İngiltərə hökuməti miqrantlar nizamnaməsinə əsasən, bu ölkəyə daxil olan miqrantların ərizəsini qəbul etmək məsuliyyətinə malikdir.

Rəsmi məlumatlara əsasən, əksər miqrantlar İngiltərənin dağıdıcı müharibələrdə hücum etdiyi İraq və Əfqanıstan kimi ölkələrdən və ya Albaniya kimi İngiltərə ilə dost ölkələrdən gəlirlər.

Hazırda mühacirlərin saxlanılması mərkəzlərinin üstüörtülü macərasının bəzi cəhətləri rəqib partiyaların bəzi nümayəndələrinin çıxışlarında ifşa olunur.

ٍMüstəqil jurnalistlər bildirirlər ki, dəhşətli bir şəraitdə, 4 min miqrant 600 nəfər üçün münasib olan bir düşərgədə məskunlaşıb. Düşərgənin şəraiti qeyri-insani olub, zorakılıq, çaxnaşma və infeksiyon xəstəliklərlə doludur.

İngiltərənin yeni hökumətinin daxili işlər naziri tənqidçiləri miqrantlar məsələsindən hökumətə qarşı siyasi bəhrələnmədə ittiham edir və mühacirləri düşündürücü kəlmə ilə adlandırır.

Sağ ifratçı qrupları təhrik edib, onlara meydan vermək,/ didərginlər düşərgəsini yandırmaq və bundan öncə bu ölkədə fələstinlilərin hüquqları və miqrantların hamisi olan deputat Co Koksu terror etmək üçün şərait yaradıbdır.

342/