Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

2 noyabr 2022

22:35:18
1319860

Xalq düşməni doğrudan da nakam qoydu

İslam İnqilabının Böyük Rəhbəri yüzlərlə məktəblinin o həzrətlə şövqlə dolu görüşündə vurğulayıblar: Son bir neçə həftə ərzindəki kombinə edilmiş müharibədə Amerika, sionist rejim, Avropanın bəzi hiyləgər gücləri və bəzi qruplaşmalar İran xalqına zərbə endirmək üçün özlərinin bütün imkanlarını meydana gətirdilər, amma xalq bədxahların ağızlarına vurub, onları nakam qoydu.

 İslam İnqilabının Böyük Rəhbəri bu gün, imperializmlə milli mübarizə günü ərəfəsində, on üç abanı Amerikanın şər işlərinin, onun zərbə kövrəkliyi və məğlub olması imkanının təcəssümü adlandırıb və belə deyiblər: Bu mühüm gündən və onun vəhdət yaradan yekdillik toplantılarından hiddətlənən amerikalıların və amerikan təmayülün əsəbləri pozulur, zira bu gün həm Amerikanın şər işlərinin, həm də zərbə kövrəkliyi və məğlub olması imkanının təcəssümü və isbatıdır.

Həzrət Ayətullahuluzma Xamenei iranlıların milli qəhrəmanı və sərkərdəsini, regionun qəhrəmanı Hacı Qasım Süleymanini şəhid etmək və bu cinayətlə fəxr etməyi Amerikanın fitnələri və alçaqlıqlarının bir nümunəsi adlandırıb və amerikalılara xitabən deyiblər: Siz nüvə alimlərinin qatillərini, yəni sionistləri himayə etdiyinizi bildirdiz. Amerikada və digər ölkələrdə İran xalqının maliyyələrindən milyardlarla dolları dondurmaqla İran xalqını problemləri azaltmaq üçün öz aktivlərindən istifadə etməkdən məhrum edibsiz.

O həzrət əlavə ediblər: Əksər anti-İran hadisələrində də sizin iziniz görünür. O zaman, tam həyasızlıqla ağ yalan deyir və iddia edirsiz ki, İran xalqına ürəyiniz yanır. Əlbəttə, sizin istəyinizin əksinə olaraq, İran xalqı bu düşmənçiliklərin bir çoxunu zərərsizləşdiribdir.

Dünyadakı bir çox siyasi analitikin Amerikanın tənəzzülə uğrama prosesinə dair fikir birliyinə toxunan Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Bu aşkar tənəzzülün nişanələrini Amerikanın iqtisadi, ictimai və əxlaqi sahələrindən tutmuş bu ölkədəki daxili qanlı ikitirəliklərədək misli görünməmiş problemlərdə müşahidə etmək olar.

Həzrət Ayətullahuluzma Xamenei son bir neçə həftə ərzində ölkədə baş verən iğtişaşlarda Amerikanın aşkar roluna işarə ilə əlavə ediblər: İranın Təhlükəsizlik Nazirliyi və Sepah-ın təhlükəsizlik təşkilatının iğtişaşlar barədəki birgə bəyanatı mühüm məlumat və kəşfiyyata malik olub və göstərir ki, düşmən Tehran, həmçinin böyük və kiçik şəhərlər üçün proqramlaşdırma aparıb və plan cızıbmış.

O həzrət Şahçıraq hadisəsi, bu hadisədə uşaqlar da daxil olmaqla insanların qırğın edilmələrini böyük cinayət adlandırıb və belə söyləyiblər: Bu cinayətin amilləri müəyyən edilməlidirlər və cinayətdə həmkarlıq etdikləri sübut ediləcək hər bir kəs şübhəsiz, cəzalandırılacaqdır.

İnsan hüquqları iddiaçılarının bu cinayət qarşısında susmalarına işarə edən Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Nə üçün bu iddiaçılar Şiraz hadisəsini pisləmədilər və nə üçün həqiqətə uyğun olmayan yalan bir məsələni minlərlə dəfə internetdə təkrar edirlər?

342/